Ana Sayfa > Karusel / Təhsil > Azərbaycanda neçə şagird məktəbi qızıl medalla bitirdi?

Azərbaycanda neçə şagird məktəbi qızıl medalla bitirdi?


7-08-2017, 17:59. Yazar: Xeberaz



Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb.
Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən, XI siniflərin 154 nəfər məzunu qızıl medalla, 31 nəfər məzunu isə gümüş medalla təltif edilib.
Qızıl və gümüş medala layiq görülmüş təhsil alanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq. Medala layıq görülən məzunların siyahısı Təhsil Nazirliyinin saytında yerləşdirilib.
Geri dön