Ana Sayfa > Karusel / Gündəm > Sabahın HAVAsı

Sabahın HAVAsı


20-07-2017, 14:34. Yazar: Xeberaz




İyulun 21-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq, şərq küləyi əsəcək.
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  22-26° isti, gündüz  35-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə  23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan aşağı 757 mm civə sütunu  təşkil edəcək.
 
Nisbi rütubət  45-55%  olacaq. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  27-28°, Türkan, Hövsan, Sahil, Şıxda  28-29° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi  gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək .
 
Havanın temperaturunun gecə  20-25° isti, gündüz  35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz  26-31° isti olacağı gözlənilir.
Milli.Az
Geri dön