Ana Sayfa > Karusel / Hadisə > Kişi və qızın yanaraq öldüyü qəza haqda - Rəsmi

Kişi və qızın yanaraq öldüyü qəza haqda - Rəsmi


8-07-2017, 19:09. Yazar: Xeberaz
Kişi və qızın yanaraq öldüyü qəza haqda
Daxili İşlər Nazirliyi Quba rayonunun Küpçalqışlaq kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi haqda açıqlama yayıb. 
Xəbəraz.Az” xəbər verir ki, məlumata əsasən, qəza iyulun 7-də saat 9.00 radələrində qeydə alınıb. Xaçmaz rayon sakini Rəhman İsaqov idarə etdiyi "VAZ-2106” markalı avtomobili 8-10 metr hündürlükdən aşırıb və nəticədə avtomobil yanıb. 
Sürücü və sərnişini, həmyerlisi Ülviyyə Məmmədova yanaraq ölüblər. 
Quba RPŞ tərəfindən araşdırma aparılır. 
Geri dön