Ana Sayfa > Karusel / Gündəm / M2 / Həftə-Reytinq > Qatarla Naxçıvana getmək nə vaxt mümkün olacaq?

Qatarla Naxçıvana getmək nə vaxt mümkün olacaq?


14-04-2017, 22:45. Yazar: Xeberaz
Qatarla Naxçıvana getmək nə vaxt mümkün olacaq?


Bakı-Naxçıvan dəmir yolu Rəşt-Astara dəmir yolunun bir hissəsinin tikintisi barədə kredit sazişinin imzalanmasından 3 il sonra işə düşəcək.

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda həmin kredit sazişinin imzalanması üçün hazırlıq işləri aparılır: "Bu marşrut üzrə qatarlar hərəkətə başlayandan sonra demək olar ki, Naxçıvanın dəmir yolu blokadası aradan qalxacaq. Saatda 60 kilometr orta sürəti nəzərə alaraq Bakıdan Naxçıvana 28-30 saata çatmaq olar".

C.Qurbanov qeyd edib ki, bu, həm Naxçıvana turist axınını artıracaq, həm də yükdaşımalarını asanlaşdıracaq.





Geri dön