Ana Sayfa > Karusel / İdman > Kakadan Neymara məsləhət: "Adını Reymar et"

Kakadan Neymara məsləhət: "Adını Reymar et"


11-03-2017, 16:30. Yazar: Xeberaz
Kakadan Neymara məsləhət: "Adını Reymar et"

ABŞ-ın “Orlando Siti” komandasının brazilyalı ulduzu Kaka “Barselona”nın futbolçusu Neymar haqqında maraqlı açıqlama verib.

"Xəbəraz.az "ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Neymarı dünyanın ən yaxşıları sırasında görən 34 yaşlı yarımmüdafiəçi həmyerlisinə zarafatından da qalmayıb.

O, Neymarın dünyanın ən yaxşı futbolçusu olması üçün öz adında dəyişiklik etməsini məsləhət görüb:
“Düşünürəm ki, Neymar adını “Reymar” etsə, dünyanın ən yaxşısı olmaq ehtimalı artar. Çünki bütün uğurlu karyerası olan brazilyalı futbolçuların adları “R” hərfi ilə başlayır”.

Qeyd edək ki, Kaka 2007-ci ildə dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.
Geri dön