Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > Bakıda sərnişin avtobusu divara çırpıldı: yaralılar var-FOTO+VİDEO
Bakıda sərnişin avtobusu divara çırpıldı: yaralılar var-FOTO+VİDEO12-01-2017, 15:23. Yazar: Xeberaz |
Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var. "Xəbəraz.az " xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Təbriz Hüseynov idarə etdiyi 20 saylı "Daewoo" markalı avtobusla idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb. Nəticədə avtobusda olan sərnişinlər - 1994-cü il təvəllüdlü Qənirə Məmmədzadə, 1991-ci il təvəllüdlü Aişə Rəsulova və 1951-ci il təvəllüdlü Xuraman Cabbarova xəsarət alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır. Geri dön |