Ana Sayfa > Karusel / Hadisə > Bakıda övladının ad günündə yoxa çıxan kişinin asılmış meyiti tapıldı

Bakıda övladının ad günündə yoxa çıxan kişinin asılmış meyiti tapıldı


12-01-2017, 12:31. Yazar: Xeberaz

 Bakıda övladının ad günündə yoxa çıxan kişinin asılmış meyiti tapıldı


11:34

Bakıda itkin düşən 48 yaşlı kişinin asılmış meyiti tapılıb.

"Xəbəraz.az "-ın report-a istinadən xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Süleymanov Azər Əkbər oğlu yanvarın 9-u səhər saat 09:00-da evdən çıxıb və geri qayıtmayıb. Ailəsi bununla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edib. Polis onu itkin düşmüş şəxs kimi qeydiyyata alıb və axtarışına başlayıb. Araşdırmalar zamanı A.Süleymanovun Nəsib bəy Yusifbəyli küçəsi 41 ünvanında yerləşən sahibsiz tikilidə asılmış meyiti aşkarlanıb.

Qeyd edək ki, A.Süleymanov iki dəfə ailə həyatı qurub. Onun ikinci nikahdan bir övladı var. Hadisə baş verən gün A.Süleymanov övladının ad günü olub. Amma ata övladının ad günü mərasiminə qatılmayıb. Daha sonra isə həyat yoldaşı Günay Süleymanovun telefon zənglərinə cavab verməyib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

-----------

10:27

Bakıda intihar hadisəsi baş verib.

"Xəbəraz.az " xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Nəsibbəy Yusifbəyli küçəsi 41 ünvanında yerləşən sahibsiz tikilidə qeydə alınıb. Yerli sakinlər polisə həmin tikilidə asılmış kişi meyitinin aşkarlanması barədə məlumat veriblər.

Həyata keçirilən tədbirlər nəticəsində intihar edən şəxsin Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Azər Əkbər oğlu Süleymanov olması müəyyən edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Geri dön