Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Ədliyyə Nazirliyi Nuraya zor tətbiq edən məhkəmə icraçılarının hərəkətlərini araşdırır

Ədliyyə Nazirliyi Nuraya zor tətbiq edən məhkəmə icraçılarının hərəkətlərini araşdırır


10-01-2017, 16:16. Yazar: Xeberaz
Ədliyyə Nazirliyi Nuraya zor tətbiq edən məhkəmə icraçılarının hərəkətlərini araşdırır



Ötən il dekabrın 7-də Quba Rayon Məhkəməsində məhkəmə icraçıları tərəfindən 10 yaşlı Nuray Bayramzadəyə qarşı zorakılıq edilməsi məsələsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar davam etdirilir.

"Xəbəraz.az " xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda məhkəmədə aparılan daxili təhqiqatda məhkəmə icraçılarının qərarın icrası zamanı etik davranış qaydaları araşdırılır:

"Əgər məhkəmə icraçılarının hərəkətlərində qanun pozuntusu aşkarlanarsa, həmin şəxslər barəsində müvafiq tədbirlər görüləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan N.Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi barədə məhkəmə qətnaməsinin icrası prosesində icra məmurlarının azyaşlıya zor tətbiq etməsi ilə bağlı videogörüntü yayılıb.


Geri dön