Ana Sayfa > Karusel / Hadisə / Dünya > Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə Karlov küçəsi adlandırıldı

Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə Karlov küçəsi adlandırıldı


9-01-2017, 21:54. Yazar: Xeberaz
Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə Karlov küçəsi adlandırıldı


Türkiyənin paytaxtı Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə həlak olmuş Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun adını aldı.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, qərar yekdilliklə Ankara şəhər bələdiyyəsinin yığıncağında qəbul edilib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.


Geri dön