Ana Sayfa > Karusel / Səhiyyə > Avtobuslarda vərəm yayıla bilər - Həkim

Avtobuslarda vərəm yayıla bilər - Həkim


9-01-2017, 16:57. Yazar: Xeberaz
Avtobuslarda vərəm yayıla bilər - Həkim


Azərbaycanda ictimai nəqliyyatda dezinfeksiya işlərinin aparılmaması vərəm xəstəliyinin yayılmasına səbəb ola bilər.

Bunu açıqlamasında həkim-ftiziatr Polad Muradov bildirib.

Onun sözlərinə görə, vərəmə yoluxan hansısa bir şəxs xəstəliyini avtobusda digərlərinə də keçirə bilər: "Vərəm xəstəliyi 95 faiz hallarda hava-damcı yolu ilə keçir. Əşyalarla yoluxma isə cəmi 5 faizə qədərdir. Ancaq vərəm xəstəliyinə yoluxan şəxs ictimai nəqliyyatdan istifadə edərkən ağız suyu və s. bulaşmış əli ilə tutacaqdan tutmaqla sağlam adamı da yoluxdura bilər".

Həkim-ftiziatr deyib ki, vərəmə yoluxan insanda xəstəliyin əlamətləri tez müşahidə edilmir: "Əgər orqanizm zəifləyərsə, xəstəlik özünü büruzə verə bilər. Vərəmə yoluxmamaq üçün soyuqdan qorunmaq lazımdır. Xəstə insanla təmasda da olmamaq daha yaxşıdır. Otaqların havası tez-tez dəyişdirilməlidir. Təbii ki, hər bir öskürən insan vərəm deyil. Öskürək çox zaman yuxarı tənəffüs yollarının iltihabının aşağı tənəffüs yollarına keçməsi nəticəsində yaranır. Orqanizmi bu problemdən qorumaq üçün immuniteti gücləndirmək vacibdir".


Geri dön