Ana Sayfa > Karusel / Hadisə / Dünya > "Türk Hava Yolları" reysləri təxirə saldı, Bakıya da uçmurlar

"Türk Hava Yolları" reysləri təxirə saldı, Bakıya da uçmurlar


8-01-2017, 13:34. Yazar: Xeberaz
"Türk Hava Yolları" reysləri təxirə saldı, Bakıya da uçmurlar



13:19

Türkiyə və Azərbaycan arasında həyata keçiriləcək uçuşlar təxirə salınıb.

APA-nın Türkiyə Hava Yollarının (THY) rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, uçuşların təxirə salınmasına səbəb qarlı hava şəraitidir.

İstanbul Atatürk Hava Limanından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və əks istiqamətdə 8-9 yanvar tarixlərində həyata keçirilməsi nəzərdə tutulan 5 uçuş təxirə salınıb.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 471 uçuşunu müvəqqəti dayandırıb.

----------

12:02

"Türk Hava Yolları" İstanbul aeroportlarında yanvarın 8-nə nəzərdə tutulan 471 reysi təxirə salıb.

"Xəbəraz.az " bildirir ki, reyslər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Qeyd edək ki, Türkiyə Meteoroloji Xidməti ölkənin qərbində hava şəraitinin kəskin pisləşməsi və güclü qar yağması barədə xəbərdarlıq etmişdi.




Geri dön