Ana Sayfa > Karusel / Siyasət / Dünya > Türkiyə son 300 ilin ən güclü dövrünü yaşayır - Nazir

Türkiyə son 300 ilin ən güclü dövrünü yaşayır - Nazir


7-01-2017, 21:40. Yazar: Xeberaz
Türkiyə son 300 ilin ən güclü dövrünü yaşayır - Nazir


Bütün çətinliklərə baxmayaraq Türkiyə son 300 ilin ən güclü dövrünü yaşayır.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, terrorçular hər vasitə ilə vətəndaşlar arasında təşviş yaratmaq istəyirlər:

“Türkiyə hədəfləri olan ölkədir. Bu, bəzilərini narahat edir. Yenə də deyirəm: Türkiyə son 300 ilin ən güclü dövrünü yaşayır. Peykimiz var. Müxtəlif bölgələrdən investisiya cəlb etməyi bacarırıq. 3 milyona yaxın suriyalını qəbul etmişik. Heç kimdən 5 qəpik də gözləmirik”.
Geri dön