Ana Sayfa > Karusel / Maraqlı / Bizim seçim > 5 min manat təklif edilir, amma sahibi satmır - 134 yaşlı samovar

5 min manat təklif edilir, amma sahibi satmır - 134 yaşlı samovar


7-01-2017, 21:18. Yazar: Xeberaz
5 min manat təklif edilir, amma sahibi satmır - 134 yaşlı samovar


Həyat yoldaşına ulu nənəsindən qalan hədiyyəni illərdir saxlayır. 134 yaşlı samovar hələ də saz vəziyyətdədir...

"Xəbəraz.az " xezerxeber.az-a istinadən bildirir ki, Goranboy sakini 57 yaşlı Gülnaz Məmmədova, misdən hazırlanmış samovarı bu günə qədər bir dəfə də olsun təmir etdirməyib.

Rayonda bu qədim ev əşyasına maraq böyükdür. Kimisi onun üzərindəki möhürlərdən, kimisi də içində qaynayan çaydan danışır. Qohum-əqraba, oğul-uşaq həyətə toplaşaraq Gülnaz nənənin dadlı samovar çayından içməkdən doymur.

1 əsrdən çox insanlara xidmət edən məişət əşyası 10 litr su tutumuna malikdir. Qədim samovarı sahibi dəyərli hədiyyə hesab edir.

Gülnaz Məmmədova hətta 5 min manat təklif edilən bu əşyanı əsla satmayacağını deyir.

Tula şəhərində istehsal edilmiş samovarın bahalı olması bir tərəfdən onun qədimliyi ilə bağlıdırsa, digər tərəfdən sakinlər bu samovarın odluq hissəsində qızıldan da istifadə olunduğunu iddia etmələri də onun dəyərini artırır.


Geri dön