Ana Sayfa > Karusel / Şou-Biznes > "Atam telefonla danışdığı yerdə qəfildən dünyasını dəyişdi" - Zaur

"Atam telefonla danışdığı yerdə qəfildən dünyasını dəyişdi" - Zaur


7-01-2017, 16:45. Yazar: Xeberaz
"Atam telefonla danışdığı yerdə qəfildən dünyasını dəyişdi" - Zaur


"Heç yataq xəstəsi də deyildi ki, deyək canı qurtardı"

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində atasının ölümündən danışarkən söyləyib.

O bildirib ki, atasının bir dəftəri var imiş və bütün borc haqq-hesablarını ora yazırmış:

“Atam rəhmətə gedəndə evdə bir dəftər var idi. Orada kimlərə nə verdiyini, nə aldığını, borclarını yazmışdı. Hər gün bunu anamla da paylaşırdı.

Atam 61 yaşında telefonla danışdığı yerdə qəfildən dünyasını dəyişdi. Heç yataq xəstəsi də deyildi ki, deyək canı qurtardı. Atamın ölümü gözləmədiyimiz an idi. Başımızı itirdik ki, nə baş verir? Gözümüzü açıb yumduq ki, adam yoxdur. Əgər o yazdıqları olmasaydı başımızı itirərdik. İnsan ölüb gedir, arxada buraxdıqları qalır. Ona görə də ailənizlə açıq olmalı, hər şeyi bölüşməlisiniz. Dost qədəh bitənə qədər, ər-arvad isə ömür bitənə qədərdir”.


Geri dön