Ana Sayfa > Karusel / Hadisə / Dünya > İranda zəlzələ - 5 nəfər öldü

İranda zəlzələ - 5 nəfər öldü


6-01-2017, 12:31. Yazar: Xeberaz
İranda zəlzələ - 5 nəfər öldü


12:29

İranın cənubunda baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 5 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Bu barədə "Report" "PressTV"yə istinadən xəbər verir.

Zəlzələnin episentri Fars əyalətinin Xünc şəhəri yaxınlığında yerləşən Saifabad kəndində olub.
İlkin məlumatlara görə, ölənlərin hamısı yerli təsərrüfatlarda işləyən Əfqanıstan vətəndaşlarıdır. Xəsarət alanlardan biri də əfqanıstanlıdır.
Hazırda xəsarət alanlara yardım göstərilir, zəlzələnin nəticələrinin qiymətləndirilməsi prosesi gedir.

----------

12:20

İranın cənubunda 5.1 bal gücündə zəlzələ baş verib.

"Xəbəraz.az " xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla səhər saat 6 radələrində Fars vilayətinin Xonc şəhəri yaxınlığında baş verib.

Vilayətin qubernatorunun verdiyi məlumata görə, zəlzələ nəticəsində 4 nəfər həlak olub. Həlak olanların Əfqanıstan vətəndaşları olduqları və işləmək üçün İrana gəldikləri qeyd olunur.

Zəlzələ baş verərkən onlar bağ evində olublar.


Geri dön