Ana Sayfa > Karusel / Hadisə / Dünya / Xəbəraz TV > İzmirdə məhkəmə önündə terror: 2 şəhid, 11 yaralı var - VİDEO
İzmirdə məhkəmə önündə terror: 2 şəhid, 11 yaralı var - VİDEO5-01-2017, 19:06. Yazar: Xeberaz |
17:31 Türkiyənin İzmir şəhərində partlayış törədilib. "Xəbəraz.az " xəbər verir ki, hadisə İzmir məhkəməsinin qarşısındakı polis məntəqəsinin yaxınlığında baş verib. Partlayışın bomba yüklü avtomobillə törədildiyi ehtimal olunur. İlkin məlumata görə, partlayış nəticəsində 3 nəfər yaralanıb. Partlayışdan sonra ərazidə atışma baş verib. DHA müxbiri 1 terrorçunun öldürüldüyü barədə məlumat verib. Hadisə yerinə xeyli təcili tibbi yardım briqadaları göndərilib. 18:00 Terroru həyata keçirən 3 terrorçudan daha biri məhv edilib, 3-cü terrorçunun axtarışları davam edir. Polis təhlükəsizlik səbəbindən ədliyyə binasından heç kimi buraxmır. Egey Universitetinin Tibb fakültəsi xəstəxanasına 6 yaralanın aparıldığı bildirilir. *** İzmir şəhərində partlayış törətdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən öldürülən 2 terrorçunun görüntüləri yayılıb. Qeyd edək ki, qanlı olayı törədən 3 terrorçudan biri qaçıb. Öldürülənlərdən birinin üstündə bomba olduğu ehtimal edilir. Geri dön |