Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya / Müsahibə > Manana övladlarından danışdı: "İlk sözü ata oldu"

Manana övladlarından danışdı: "İlk sözü ata oldu"


5-01-2017, 02:18. Yazar: Xeberaz

Manana övladlarından danışdı: "İlk sözü ata oldu"
Əməkdar artist Manana "Səs Azərbaycan-2" müsabiqəsində münsif kürsüsündə əyləşməyəcəyi haqda yayılan xəbərlərdən danışıb.



Musavat.com saytına açıqlama verən müğənni bildirib ki, müsabiqə haqda məlumatsızdır: "Bu haqda eşitməmişəm. Bildiyimə görə "Səs Azərbaycan - Uşaqlar" başlayacaq. Münsiflərdə kim olacaqsa, onu alqışlayacağam. Mənim üçün münsifin kim olması vacib deyil. Əsas odur ki, istedadlı gənclər üzə çıxsın, onlar asanlıqla tanınsınlar. "Səs Azərbaycan"-ın iştirakçıları ilə gözəl münasibətim var. Təəssüf ki, vaxt azlığından tez-tez görüşə bilmirik".



Manana 2016-cı ilin onun üçün uğurlu keçdiyini deyib: "2016-cı il mənim üçün çox uğurlu keçdi. Fərqli-fərqli layihələrdə yer aldım. Gürcü rejissorun ekran həyatı verdiyi "Robinzon və 9 cümə" filmində rol aldım. Ekran işində qızım da epizodik rolda çəkildi. Yeni mahnılar, duetlər yazdırdım. 2017-ci ildə Murad Ariflə duetimizə klip də çəkəcəyimiz gözlənilir. Ailəmdə də gözəl hadisələr yaşandı. Balaca uşağım danışmağa başladı. İlk sözü ata oldu. Biz evdə gürcü dilində danışırıq. Ona görə uşaqlar gürcü dilində danışmağa başlayır. Artıq Azərbaycan dilini də öyrənirlər. Böyük qızımın 8 yaşı var. İngilis dilində təhsil alır. Dərslərini yaxşı oxuyur, onunla fəxr edirəm".

Geri dön