Ana Sayfa > Karusel / İqtisadiyyat / Sitat > Bakıda qatar relsləri ləğv edilir

Bakıda qatar relsləri ləğv edilir


5-01-2017, 02:04. Yazar: Xeberaz
Bakıda qatar relsləri ləğv edilir
Bakının Neftçilər prospektindəki qatar relslərinin ləğvinə başlanılıb.
APA-nın məlumatına görə, yanvarın 4-də relslərdən biri sökülüb, gecə saatlarında yerinə asfalt vurulub.
"Azəravtoyol" ASC-nin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi Namiq Alıcanov bildirib ki, relslər şəhərin mərkəzində nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi üçün sökülür.
Yaxın vaxtlarda Neftçilər prospektində qatar relsi qalmayacaq. Tıxaclara səbəb olmaması üçün söküntü işləri istirahət günləri aparılır. Növbəti istirahət günlərində qalan relslər də söküləcək.
Geri dön