Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Azərbaycanlı professor qripdən qorunmağın yollarından yazdı

Azərbaycanlı professor qripdən qorunmağın yollarından yazdı


31-12-2016, 12:20. Yazar: Xeberaz
Azərbaycanlı professor qripdən qorunmağın yollarından yazdı
Tibb elmləri doktoru Adil Qeybulla öz Facebook səhifəsində son günlər tüğyan edən qripin fəsadlarından yazıb.
"Xəbəraz.az "-ın məlumatına görə, professor qripdən qorunmağın yollarını da göstərib.

“80-cı illərə qədər Ümumdünya Səhiyyə Təçkilatı (ÜST) karantin və ya xüsusilə təhlükəli
infeksiyaların Reyestrinə aşağıdakı 4 infeksiyanı daxil etmişdi:
Taun (Pestis – Plague), Vəba (Cholera), Təbii çiçək (Variola vera – Smallpox) və Sarı qızdırma (Yellow fever).
1980-cı ildə UST Assambleyası Təbii çıçəyi vaksinasiya sayəsində ləğvinə nail olunduğu haqda raport verdi.
Hal-hazırda bu infeksiyalar qrupuna Hemolitik qızdırmalar (Denqe, Lassa, Marburq, Ebola,
Qərbi Nil qızdırması), ağır kəskin respirator sindrom (SARS) törədən insan qrip virusu da
daxildir.

Qrip virusu Ortomyxoviridae ailəsinə daxildir və Influenza A, B, С kimi serotiplərə malikdir.
Virusun bu tiplərdən hər biri virion zülalının antigen xassələri ilə fərqlənir. Virusun sərhində
antigen xassə daşıyan iki növ zülal müəyyən edilir: Hemaqqlütinin (HA) və Neyraminidaza
(NA). Hazırda elmə 16 növ HA və 9 növ NA antigeni məlumdur”.



Adil Qeybullanın dediyinə görə, Serotip А hər 2-3 ildən bir Ortadan xüsusilə ağır
epidemiyaya qədər
Serotip В Hər 4-6 ildən bir Orta ağırlıq dərəcəsində
epidemiya
Serotip С Dövriliyi müəyyən edilməyib Tət-tək xəstələnmələr
(epidemiya törətmir)
A və B virusları virusun əsas struktur komponentləri olan NA və HA zülal-antigenlərinə malikdir.
C virusunda neyraminidaza (NA) yoxdur, yalnız hemaqlütinin-esteraza zülalına malikdir. Qrip
virusunda zülalların xassı dəyişkənliyi (antigen dreyfi) baş verən epidemiyanı uzadan əsas amildir.

1. A virusu insan və heyvanlar üçün ağır epidemiyaya meylliliyi və tələfat törətdiyi üçün daha
təhlükəli hesab edilir və H1-dən H16-ya qədər antigenlərlə təmsil oluna bilir. Quş qripinin H5 və
H7 serotipi ölümcül sayılır. A2 virusu yoluxmuş insanlarda yayılır.
§ A(H1N1) ştamı – Donuz qripi (1918–1919 –ci illərdə “ispan qripi” adı ilə planetdə 100
milyona yaxın insan həyatına son qymuşdur).
§ A (H1N2) – Quş qripi
§ A (H5N1) – Quş qripi
§ A (H3N2) – Qonkkonq qripi
§ A (H3N8) – it qripi, yalnız itlərdə rast gəlinir, insanlarda qeyd edilməyib.
2. B virusu yalnız insanlarda təsadüf edilir, A virusu kimi ağır epidemiyaya meylli deyil.
3. C virusu da yalnız insanlarda təsadüf edilir, xəstəliyi yüngül keçir və epidemiya törətmir.
Atipik qriplər
§ Bağırsaq qripi rotaviruslar tərəfindən törədilir və qastroenterit və qrip əlamətləri ilə
gedir. Yoluxma mənbəyi keyfiyyətsiz, vaxtı keçən qidadır.
§ Tərəvəz qripi – mənşəyi tərəvəzdir. Əslində xəstəliyi törədən enterohemorragik bağırsaq
çöpüdür. Xəstəlik qanlı qastroenterit və qrip əlamətləri ilə gedir.
§ Keçi qripi və ya Ky-qızdırma. Xəstəlik viruslarla deyil, bakteriyaların bir növü olan
ritketsiyalarla törənir. Bu xəstəlik keçi fermalarında ət və süddən keçir və qrip əlamətləri ilə
gedir.

Professor bildirir ki, bütün viruslar kimi qrip virusu da zamanla dəyişikliyə və mutasiyaya uğrayır.
Advertising 34

“Orqanizm ona qarşı əks-cisimlər hazırlayana qədər virus dəyişir və yaranmış əks cisimlər onu
tanıya bilmir. Nəticədə virus orqanizmin immune sisteminin zərbsindən yayına bilir və
daim xəstəlik törətmyə qadirdir. Hər il qripdən orta hesabla 20-30 min arası insan
dünyasını dəyişir.
Adətən payız başlayanda qeyri-stabil havalarda sezon qripi başlayır və yazın ortalarına
qədər davam edir. Çünki bu vaxtlar insanlar daha çox qapalı yerlərə toplanırlar, bu da
xəstəliyin yayılmasında əsas rol oynayan hava-damcı təmaslarını artırır.
Qripin pandemiyası əsasən yeni ştamlar peyda olan zaman qeydə alınır, bu zaman virus
qısa zaman kəsiyi ərzində böyük areala yayıla bilir.
Qrip yuxarı tənəffüs yollarının qripəbənzər əlamətlərlə keçən iltihabi proseslərindən
(kəskin respirator infeksiyalar, soyuqdəymə xəstəlikləri) daha təhlükəli hesab edilir.
Qrip əlamətləri bunlardır: hərarətin yüksəlməsi, üşütmə, əzələ-oynaq ağrıları, zökəm,
öskürək, boğazda ağrı, angina, yorğunluq, halsızlıq, zəiflik.
Virus intoksikasiyası ağırlaşmalar törədə (bakterial pnevmoniya, ağ ciyər ödemi,
udlaqarxası abses, qulaq və əngin ciblərinin infeksiyaları, görmənin itməsi, xroniki
xəstəliklərin kəskinləşməsi) və ölümə gəritə bilər.
Xüsusilə, 65 yaşdan yuxarı insanlar, 2 yaşa qədər olan uşaqlar, xroniki xəstəlikləri
(şəkərli diabet, astma, xroniki ürək, ağ ciyər, qara ciyər və böyrək xəstəlikləri) olan
insanlar qripə yoluxmağa daha meylli olurlar.


Qripin profilaktikası üçün nə etməli:


1. Cuna maskalardan istifadə etməli (ictimai nəqliyyatda, işdə, kütləvi toplantı
yerlərində).
2. Şəxsi gigiyena tədbirlərinə riyaət etməli: əlləri tez-tez sabun və isti su ilə yumalı
(xüsusilə yeməkdən öncə);
3. Qapı dəstəyinə, sürahiyə, idarəetmə pultuna və s. əşyalara əl vurduqdan sonra
əlləri yumalı.
4. Vitaminoterapiya;
5. Virus əleyhinə vaksinasiya;
Qripə yoluxduqdan sonra nə etməli:
1. Tez yataq rejiminə keçməli;
2. Çoxlu ilıq maye qəbul etmək;
3. Cuna maskalardan istifadə etməli;
4. İstifadə edilən dərmanlar: Antiqrippin, Amantadin, Remantadin, Arbidol,
Tamiflu, Relenza, Zanamivir. Bu dərmanlar virusun yayılmasına müqavimət
göstərir. Onları qrip əlamətləri başlayandan 48 saat sonra atmalı. Təcrübə göstərir
ki, onlar ağırlaşmaları azaldır və xəstəliyin ömrünü qısaldır.
5. Vitaminoterapiya;
6. Həkim təyinatı”.
Geri dön