Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Respublikada 1541 hemofiliyalı xəstə qeydiyyatdadır

Respublikada 1541 hemofiliyalı xəstə qeydiyyatdadır


30-12-2016, 18:08. Yazar: Xeberaz
Respublikada 1541 hemofiliyalı xəstə qeydiyyatdadır
Son 10 ildə Azərbaycanda talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb.
Bu haqda Səhiyyə Nazirliyində 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyilib.
İclasda qeyd edilib ki, hazırda 2800-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır.
Advertising 30

Son illərdə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatına başlanılıb. Bu günə qədər artıq Azərbaycanda 42 uşağa, o cümlədən 30 talassemiyalı, 12 onkohematoloji xəstəyə sümük iliyi köçürülmüşdür. Bu xəstələrdən ən kiçiyinin 2, ən böyüyünün 19 yaşı olub.
Hazırda respublikada 1541 hemofiliyalı xəstə qeydiyyatdadır.
2010-cu ildə 19,5 ton qan tədarük edilibsə, 2016-cı ildə bu rəqəm 36 tondan çox olub. Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.

Geri dön