Ana Sayfa > Karusel / Siyasət / Dünya > Amerikadan Rusiyayla bağlı şok qərar - 35 diplomatı geri göndərir

Amerikadan Rusiyayla bağlı şok qərar - 35 diplomatı geri göndərir


30-12-2016, 11:34. Yazar: Xeberaz
Amerikadan Rusiyayla bağlı şok qərar - 35 diplomatı geri göndərir


ABŞ 35 rusiyalı diplomatı ölkədən göndərir.


"Xəbəraz.az " xəbər verir ki, bu barədə məlumatı “Reuters” Amerika Dövlət Departamentindəki mənbəsinə istinadən yayıb.

Məlumata əsasən, diplomatlara ölkədən çıxmaq üçün 72 saat vaxt verilib. ABŞ-ın ölkədən göndərdiyi rəsmilər Vaşinqtonda və San-Fransiskoda işləyən rusiyalılardır.

Bundan başqa, qeyd edilir ki, Rusiyanın Nyu-York və Merilend ştatlarındakı iki diplomatik yaşayış kompleksi bağlanır.

ABŞ bu sərt tədbirləri Amerika diplomatlarının Rusiyada sıxışdırılması ilə əlaqələndirir.


Geri dön