Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Müəllimlər maaşlarını özləri hesablaya biləcəklər

Müəllimlər maaşlarını özləri hesablaya biləcəklər


28-12-2016, 18:40. Yazar: Xeberaz

Müəllimlər maaşlarını özləri hesablaya biləcəklər



Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidməti istifadəyə verilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunun üçün Təhsil Nazirliyinin internet saytının "Aktual keçidlər" bölməsindən "Onlayn kalkulyator" http://edu.gov.az/az/calc keçidini seçmək lazımdır.

"Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqlarını hesablama imkanı əldə edəcəklər. Müəllimlər "Onlayn kalkulyator" (http://edu.gov.az/az/calc) keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və "hesabla" düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər. Gələcəkdə ilk peşə və orta ixtisas, ali təhsil müəssisələrində çalışan müəllimlərin də əmək haqlarının onlayn kalkulyator vasitəsilə hesablanması nəzərdə tutulur" - deyə məlumatda qeyd olunub.




Geri dön