Ana Sayfa > Karusel / İdman / M2 > “Ölümdən sonrasını düşünməmişəm” - Berti Foqts

“Ölümdən sonrasını düşünməmişəm” - Berti Foqts


22-12-2016, 12:14. Yazar: Xeberaz
“Ölümdən sonrasını düşünməmişəm” - Berti Foqts
Dekabrın 30-u 70-ci ad gününü qeyd edəcək millimizin sabiq baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlama verib.
69 yaşlı mütəxəssis uşaqlıq illərindən danışıb:

“Anamı körpə vaxtı itirmişəm. Fiziki cəhətdən yaxşı böyüməmişəm. Çilingər işləyirdim, amma sonra futbola başlamağa qərar verdim. 19 yaşımda “Borussiya” Münhenqladbaxda peşəkar karyerama start verdim. Əvvələr mənim böyük həyatım var idi”.

ABŞ millisində məsləhətçi vəzifəsindən ayrılan və işsiz qalan mütəxəssis yenidən fəaliyyət göstərməyə hazır olduğunu deyib:

“Bundesliqa klublarının birində məsləhətçi kimi çalışa bilərəm. Amerika komandalarında da baş məşqçi kimi özümü sınamağa hazıram. Təklifləri dəyərləndirəcəm və futbola qayıtmağa hazıram”.

Foqts “Bavariya”nı dünyanın ən güclü komandası adlandırıb:

“Ançelottinin nümayiş etdirdiyi futbolu bəyənirəm. Yurgen Kloppla oxşar cəhətləri var. Hər ikisini bəyənirəm. Hazırda “Bavariya” dünyanın ən güclü koamdansıdır. Münhen klubu Pep Qvardiola ilə müqayisədə Ançelottinin rəhbərliyi altında daha yaxşı oyun sərgiləyir”.

Dünya çempionu “Leyptsiq”ə qarşı bir çoxlarının düşmən kimi davranmasını qəbul etmir:

“Leyptsiq çempionatda yaxşı oyun sərgiləyir. Düzdür, onlar bu komanda üçün çox pul yatırıblar. "Leptsiq"lə düşmənçilik etməyə nə ehtiyac var? Dünyada da belə komandalar var. “Çelsi” və “Mançester Siti”ni buna nümunə göstərmək olar”.

Foqts ölümə hazır olduğunu da qeyd edib:

“Ölümdən sonrakı həyat barədə düşünməmişəm. Əgər Allah sabah ölümümü istəsə, buna sadəcə, hazır olmalıyam”.
“Qafqazinfo”

Geri dön