Ana Sayfa > Karusel / Səhiyyə / M2 > 4358 nəfərdə talassemiya aşkarlandı

4358 nəfərdə talassemiya aşkarlandı


14-12-2016, 11:44. Yazar: Xeberaz
4358 nəfərdə talassemiya aşkarlandı
Bu il Azərbaycanda nikaha daxil olmaq istəyən 4358 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb.

Trend-in məlumatına görə, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov ilin yekunlarına dair hesabat tədbirində deyib.

C.Məmmədov qeyd edib ki, Mərkəzin Hemotologiya şöbəsində il ərzində 489 xəstə stasionar müalicə alıb: "Mərkəzin ümumi laboratoriyasında il ərzində 17500 nəfər proqram çərçivəsində müayinələrdən keçib. Bundan əlavə, 217 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb".

Mərkəz direktoru bildirib ki, 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb: "Belə ki, aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. 2016-cı il ərzində 134 656 nəfər müayinədən keçib. 4358 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 32 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib".
Geri dön