Ana Sayfa > Karusel / Hadisə > Tovuzda ağır qəza 4 yaralı

Tovuzda ağır qəza 4 yaralı


11-12-2016, 22:50. Yazar: Xeberaz
Tovuzda ağır qəza 4 yaralı


Axşam saatlarında Tovuz rayonunun Aşağı Quşçu kəndində 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Xəbəraz.az "Report-a istinadən xəbər verir ki, qəza “KİA Sorento” markalı avtomaşınla “VAZ-2101”in toqquşması nəticəsində qeydə alınıb.

Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin orta-ağır, digərlərinin isə normal olduğu bildirilir. Yaralılardan biri "VAZ-2101" markalı avtomaşında olan sərnişin, 1977-ci il təvəllüdlü Tovuz rayon sakini Hüseynov Əlibala Ədalət oğlunun vəziyyəti ağırdır. O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilə bilər.

Faktla bağlı araşdırma aparılır.
Geri dön