Ana Sayfa > Karusel / Şou-Biznes > “Qurdlar Vadisi” izləyicilərinə - Şad xəbər

“Qurdlar Vadisi” izləyicilərinə - Şad xəbər


6-12-2016, 19:38. Yazar: Xeberaz

“Qurdlar Vadisi” izləyicilərinə - Şad xəbər

Türkiyədə və Azərbaycanda böyük maraqla izlənilən “Qurdlar Vadisi Pusu” serialı yeni mövsümdə ekranlara qayıda bilər.

"Xəbəraz.az " məlumat verir ki, 13 ildir davam edən serialın hələlik hansı telekanalda yayımlanacağı dəqiqləşməyib.

Ancaq filmin gələn ilin yanvarından yayımlanacağı gözlənilir.

Serialla bağlı digər xəbər isə izləyicilərin böyük istəyi ilə 15 iyul dövlət çevrilişinə cəhdin ekranlaşdırılmasıdır.

Bu arada çevrilişə cəhddən az öncə “Qurdlar Vadisi Çevriliş” markası üçün patent almaq istəyən “Pana Film” haqqında yayılan iddialara şirkətdən cavab gəlib.

Serialın qəhrəmanı Necati Şaşmazın (Polad Ələmdar) prokurorluğa çağırılmadığını açıqlayan şirkət yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:

“Mediada şirkətimizin prokurorluğa ifadə verməsi barədə yayılan xəbərlər və şərhlər həqiqəti əks etdirmir. Bu barədə prokurorluğa da məlumat verilib. Şübhəli qismində işçilərimizin ifadəsi alınmayıb. Yayılan xəbərlərin məqsədli və qərəzli olduğu qənaətindəyik”.

Xatırladaq ki, 15 iyul dövlət çevrilinə cəhddən sonra serial çəkilişlərinin qəflətən dayanması “Pana Film” şirkətinin Gülən camaatı ilə əlaqədə olma ehtimalını gücləndirmişdi.axar.az
Geri dön