Ana Sayfa > Karusel / Siyasət / Gündəm > Prezident İlham Əliyev Bəxtiyar Vahabzadənin səfir oğlunu geri çağırdı

Prezident İlham Əliyev Bəxtiyar Vahabzadənin səfir oğlunu geri çağırdı


6-12-2016, 19:01. Yazar: Xeberaz
Prezident İlham Əliyev Bəxtiyar Vahabzadənin səfir oğlunu geri çağırdı


Prezident İlham Əliyev İ.B.Vahabzadənin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

"Xəbəraz.az "AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılsın".
Geri dön