Ana Sayfa > Karusel / Hadisə / İdman > "Qarabağ"da oynamış azərbaycanlı futbolçu 25 yaşında öldü - FOTO

"Qarabağ"da oynamış azərbaycanlı futbolçu 25 yaşında öldü - FOTO


27-11-2016, 13:42. Yazar: Xeberaz
"Qarabağ"da oynamış azərbaycanlı futbolçu 25 yaşında öldü - FOTO


Gənc futbolçu Şəhriyar Xəlilov rəhmətə gedib. Apasport.az saytının məlumatına görə, bu xəbəri “Kəpəz”in mətbuat xidmətinin rəisi Azad Mustafayev öz feysbuk səhifəsində paylaşıb.

Gəncə futbolunun yetirməsi olan Xəlilov bir sıra Azərbaycan klublarının şərəfini qoruyub. 25 yaşında dünyasını dəyişən yarımmüdafiəçi “Gəncə”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”, “Qəbələ”, “Sumayıt” və “Turan”da çıxışları ilə diqqət çəkib.



Çıxış etdiyi klublarla çempionluqlar yaşamış və müxtəlif yaş qruplarında millilərin formasını geyinmiş mərhum futbolçunun ürək tutmasından vəfat etdiyi bildirilir.


"Qarabağ"da oynamış azərbaycanlı futbolçu 25 yaşında öldü - FOTO
Geri dön