Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Bakıda xəstə özünü Tibbi Mərkəzdən ataraq öldü

Bakıda xəstə özünü Tibbi Mərkəzdən ataraq öldü


25-11-2016, 23:07. Yazar: Xeberaz

Bakıda xəstə özünü Tibbi Mərkəzdən ataraq öldü
Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar baş verib.

"Xəbəraz.az " -ın Report-a istinadən xəbərinə görə, 64 yaşlı Yuri Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən ataraq intihar edib.

Faktı təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb: “Lakin Yuri Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.

Qeyd edək ki, intihar edən şəxsin meyiti morqa təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Geri dön