Ana Sayfa > Karusel / İdman / M2 > Ramil Şeydayev “Trabzonspor”dan ayrılır?

Ramil Şeydayev “Trabzonspor”dan ayrılır?


18-11-2016, 12:34. Yazar: Xeberaz
Ramil Şeydayev “Trabzonspor”dan ayrılır?
“Trabzonspor” klubu milli komandamızın hücumçusu Ramil Şeydayevi icarəyə göndərmək fikrindədir.

Qara dəniz təmsilçisi gənc futbolçunun daha çox oynaması üçün onu Super Liqanın digər klublarından birinə verəcək.

Şeydayev daha çox oynamaq üçün icarəyə göndərilməyin əleyhinə deyil.

Yay transfer pəncərəsində "Zenit"dən "Trabzonspor"a keçən Ramil Super Liqada debüt etməyib. Türkiyə kubokunda 2 matçda meydana çıxan forvard 1 qol vurub.
Geri dön