Ana Sayfa > Karusel / İdman > Adrian Pit Bakıda - Bağlanan bankdakı pulunu almağa gəlib

Adrian Pit Bakıda - Bağlanan bankdakı pulunu almağa gəlib


5-11-2016, 20:05. Yazar: Xeberaz
Adrian Pit Bakıda - Bağlanan bankdakı pulunu almağa gəlib


“Neftçi” – “İnter” matçını izləyənlər arasında sabiq “Xəzər Lənkəran”lı Adrian Pit də var.

"Xəbəraz.az "xəbər verir ki, o, meneceri Tural Əsgərovla birlikdə matçı izləyir. Artıq 5 gündür ki, Bakıda olan oyunçunun dediyinə görə, buradakı dostlarını ziyarət etməyə gəlib.

Pit paytaxtımızda sabiq komanda yoldaşları Rahid Əmirquliyev və Adrian Skarlatake ilə görüşüb. Onun hələ 10 gün də Bakıda qalacağı gözlənilir.

Qeyd edilir ki, Adrian Pitin Bakıya gəlişinin səbəbi "Bank Standart"dakı əmanəti ilə bağlıdır. Belə ki, adıçəkilən bank bağlandığından futbolçu pulunu geri almaq üçün qayıdıb.


Geri dön