Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bərdədə ailənin 14-cü övladı doğuldu - FOTOLAR

Bərdədə ailənin 14-cü övladı doğuldu - FOTOLAR


31-10-2016, 14:42. Yazar: Xeberaz
Bərdədə ailənin 14-cü övladı doğuldu - FOTOLAR

Bərdə rayonunda ailənin 14-cü övladı dünyaya gəlib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öndə doğulsa da, ailə bunu gizli saxlayıb.
Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: “13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum-əqrəbanın, dost-tanışın yanında utandırdılar”.
Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb.
Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir.

Bərdədə ailənin 14-cü övladı doğuldu - FOTOLAR
Bərdədə ailənin 14-cü övladı doğuldu - FOTOLAR
Geri dön