Ana Sayfa > Karusel / Hadisə / Dünya > Hələbdə 500 terrorçu öldürüldü

Hələbdə 500 terrorçu öldürüldü


30-10-2016, 10:23. Yazar: Xeberaz
Hələbdə 500 terrorçu öldürüldü


Suriya ordusu və könüllülərdən ibarət dəstələr Hələbin cənub-qərbində radikal qruplaşmaların hücumunu dəf edərək 500 terrorçu məhv edib, minədək silahlı yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Əl Mayədin” telekanalının məlumatına əsasən, silahlılar oktyabrın 28-də səhər saatlarında Hələbin Əl-Əsəd və 1070 rayonlarına hücumları zamanı öldürülüblər.


Ötən gün terrorçular Əz-Zəhra məhəlləsində ikinci dəfə hücuma keçiblər. Məlumata görə, burada yerləşən hərbi akademiyanın ətrafında qızğın döyüşlər hələ də davam etdirilir. Terrorçular hücum zamanı minalanmış avtomobillərdən və kamikadzelərdən istifadə edirlər.



Geri dön