Ana Sayfa > Karusel / M2 / İbadət > Səbr haqqında hədislər...

Səbr haqqında hədislər...


21-05-2015, 21:16. Yazar: Emil
Səbr haqqında hədislər...

1 İmtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çox olar.

2 Allah, bəndələrini müxtəlif çətinliklərlə sınayır, müxtəlif zəhmət və çalışqanlıqlarla bəndəliyə vadar edir, cürbəcür xoşagəlməz şeylərlə imtahana çəkir ki, onların qəlbindən təkkəbürü çıxarsın, onları təvazökar etsin və bunu öz lütf və bəxşişinə tərəf açılmış qapılar və əfv edərək bağışlaması üçün vasitələr etsin.

3 Allah cism və malına bəla gəlməyən şeytansifətli şəxsə nifrət edir.

4 Ana öz övladını süd ilə qidalandırdığı kimi Allah da öz mömin bəndəsini bəla və çətinliklə qidalandırır.

5 Allah bir bəndəni sevəndə onu bəlaya qərq edər.Ey Sudeyr!Həm biz həm də siz gecə-gündüzümüzü bəla ilə keçiririk.

6 Oğul ! Çətinlik içərisində olan zaman ya Rauf, ya Rəhim cümləsini çox de.

7 Səbrlə ali məqamlara çatmaq olar.

8 Səbr imanın başıdır.

9 Dərdə düçar olan şəxs əgər səbr edib bunun Allah yolunda olduğunu hesab edərsə, Allah-təala ona min şəhidin mükafatını yazar.

10 Hər kimə səbr nicat verməsə, səbrsizlik onu həlak edər.

11 Kim özünü səbr etməyə vadar etsə, Allah-təala onu çox səbrli edər, kim paklıq istəsə, Allah onu pak edər, kim ehtiyacsızlıq axtarsa, Allah onu ehtiyacsız edər.Heç bir bəndəyə səbrdən daha yaxşı və geniş bir nemət bəxş edilməyib.

12 Allahdan sağlamlıq diləyin, çünki yəqinlikdən ( nemətindən) sonra heç kimə sağlamlıqdan gözəl nemət verilməmişdir.

13 İmam Səccad (ə) gördü ki, bir kişi Kəbəni təvaf edə- edə deyir : İlahi ! Mənə səbr ver.İmam əlini onun çiyninə vurub buyurdu : Bəla istəyirsən? De ki, İlahi ! Mənə sağlamlıq və sağlamlığımın şükrünü əta et.
Geri dön