Ana Sayfa > Karusel / Dünya / M2 / İbadət / Reportaj > İspaniyada İslam Universiteti açıldı

İspaniyada İslam Universiteti açıldı


12-09-2016, 14:42. Yazar: Xeberaz
İspaniyada İslam Universiteti açıldı
İspaniyanın Bask vilayətindəki San-Sebastyan şəhərində İslam Universiteti fəaliyyətə başlayıb.

"Xəbəraz.az " xəbər verir ki, ölkədə ilk belə təhsil müəssisəsi olan universitetdə yerli məscidlər üçün kadrlar hazırlanacaq, İslam dini onu öyrənmək istəyənlərə akademik səviyyədə tədris olunacaq.

Universitetin yaradıcısı Rəşid Butrabux bildirib ki, əsas məqsəd internetdə yayılan zərərli dini təbliğata, ekstremist ideyalara qarşı mübarizə aparmaqdır.

İspaniya İslam Təşkilatları Federasiyası da bu ölkədə yaşayan müsəlmanların dini təhsili üçün müəssisənin yaradılması ideyasını dəstəkləyir. Bir neçə aydan sonra federasiyanın özünün də belə bir təhsil mərkəzi yaradacağı planlaşdırılır.


Geri dön