Ana Sayfa > Karusel / Şou-Biznes > Ölülər belə diriləcək - VİDEO

Ölülər belə diriləcək - VİDEO


4-08-2016, 21:45. Yazar: Xeberaz
Ölülər belə diriləcək - VİDEO

Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri və rejissoru Tahir İmanovun çəkdiyi “Ölülər XXI əsr” adlı yeni filmin ilk görüntüləri yayılıb.

"Xəbəraz.az "-ın məlumatına görə, baş prodüserliyini Tahir və Cabir İmanov qardaşlarının etdiyi film sentyabrın 22-dən etibarən kinoteatrlarda yayımlanacaq.

Məşhur “Ölülər” əsərinin müasir versiyası olan ekran işində Tahir İmanov, Valeh Kərimov, Elnar Qarayev, Cabir İmanov, Rövşən Kərimduxt, Bəhram Bağırzadə, Mehriban Xanlarova, Dilarə Əliyeva, Elxan Quliyev, Ziba Şücayi və başqaları rol alıb.

Filmin ssenari müəllifi Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımovdur.

Filmin musiqisini müğənni Elçin Cəfərov səsləndirib. Musiqi bəstəkar, xalq artisti Faiq Sücəddinova, sözlər isə Baba Vəziroğluna məxsusdur.

“Ölülər XXI əsr” görkəmli dramaturq Cəlil Məmmədquluzadənin xatirəsinə həsr olunub.


Geri dön