Ana Sayfa > Karusel / Şou-Biznes > "Uşağımız olsun deyə Doğuşla dua edirdik..." -Xoşqədəm /FOTO

"Uşağımız olsun deyə Doğuşla dua edirdik..." -Xoşqədəm /FOTO


24-07-2016, 18:49. Yazar: Xeberaz
"Uşağımız olsun deyə Doğuşla dua edirdik..." -Xoşqədəm /FOTO

Türkiyəli müğənni Doğuşla ailə həyatı quran aparıcı Xoşqədəm Hidayətqızı əkizləri ilə birgə foto paylaşıb.

"Xəbəraz.az " xəbər verir ki, həyat yoldaşı və əkizləri ilə gecə gəzintisinə çıxan X.Hidayətqızı xoşbəxtliyini dilə gətirib:

"Qaranlığın içərisindən doğan işığımız- mələklərimiz. Rəbbim sizi qorusun. Doğuş, bax keçən il şəkil çəkdirdiyimiz bu məkanda yalnız yürüşə çıxırdıq. Yoldan keçən uşaqlı ailələri görərkən Allahım bizə də nəsib et deyə dua edirdik. Dünən yenə orda yürüşə çıxdıq. Bu dəfə 4 nəfər idik. Şükürlər olsun rəbbimə. Allahdan sadəcə istəyin, verəndə, alanda odur".
Geri dön