Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ hərbçilərindən biabırçı addım

ABŞ hərbçilərindən biabırçı addım


1-07-2016, 14:55. Yazar: Xeberaz
ABŞ hərbçilərindən biabırçı addım


ABŞ Donanması yanvar ayında Bəsrə körfəzində İran Sahil Mühafizə Xidməti tərəfindən saxlanılan hərbçilərlə bağlı istintaq işini yekunlaşdırıb.

"Xəbəraz.az " xəbər verir ki, ictimaiyyətə açıqlanan hesabatda hərbçilərin İran tərəfindən dindirildiyi, hətta bəzi dövlət sirlərini əldə etdikləri bildirilib.

“Bu hadisə taktiki səviyyədən əməliyyat səviyyəsinə qədər bir çox addımda yol verilən kobud səhvlər nəticəsində baş verib. Sorğu zamanı ABŞ hərbçiləri telefon və komputer şifrələrini, ABŞ donanmasına aid məlumatları iranlılara deyiblər”, - hesabatda qeyd olunub.

Digər tərəfdən “Nyu York Tayms” qəzeti hesabat açıqlandıqdan sonra biri kapitan olmaqla 9 nəfərə intizam cəzası verildiyini açıqayıb.

Xatırladaq ki, bu ilin yanvarında Küveytdən Bəhreynə gedən 10 ABŞ hərbçisi Bəsrə körfəzində İran tərəfindən saxlanmışdı. ABŞ İrandan rəsmən üzr istədikdən sonra hərbçilər sərbəst buraxılıb.

Geri dön