Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya ilə ABŞ arasında Suriya müxalifəti böhranı

Rusiya ilə ABŞ arasında Suriya müxalifəti böhranı


19-06-2016, 13:08. Yazar: Xeberaz

Rusiya ilə ABŞ arasında Suriya müxalifəti böhranı
Rusiya və ABŞ Suriyada hava hadisələrinin qarşısının alınması haqqında anlaşma memorandumuna uyğun olaraq videokonfrans keçirib.

"Xəbəraz.az "xəbər verir ki, ABŞ ordusunun rəsmiləri Rusiya tərəfinə Suriya müxalifətini vurmaqları barədə sual ünvanlayıb.

Rusiya Müdafiə Nazirliyinin general-mayoru İqor Konaşenkov isə cavabında bildirib ki, bombalanan mövqelərlə Suriya müxalifətinin yerləşdiyi ərazi arasında 300 km məsafə olub.

Konaşenkovun sözlərinə görə, Rusiya əməliyyatlardan öncə ABŞ liderliyindəki koalisiya qüvvələrinə məlumat versə də, qarşı tərəf bununla bağlı hər hansı etiraz etməyib.

Qeyd edək ki, Rusiya ordusu iyunun 16-da Tanfa bölgəsində Suriya müxalifətinin mövqelərinə zərbələr endirib.
Geri dön