Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV > Mübariz erməniləri bu gün darmadağın etmişdi - Video

Mübariz erməniləri bu gün darmadağın etmişdi - Video


18-06-2016, 15:15. Yazar: Xeberaz

Mübariz erməniləri bu gün darmadağın etmişdi - Video
Bu gün erməni işğalçıları ilə döyüşdə inanılmaz şücaət göstərərək şəhid olan Mübariz İbrahimovun ölümündən 6 il ötür.

"Xəbəraz.az "xəbər verir ki, 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olan Mübariz İbrahimov 2005-ci ildə hərbi xidmətə çağırılıb. O, Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə əsgəri xidməti keçərək 2007-ci ildə çavuş, 2009-cu ildə isə gizir rütbəsində çalışdıqdan sonra öz istəyi ilə cəbhə bölgəsində hərbi xidmətə yollanıb.

2010-cu il iyunun 18-də, saat 23:00-da təmas xəttindəki bir kilometrlik minalanmış sahəni keçərək düşmənlə beş saat təkbaşına döyüşüb, Ermənistan silahlı qüvvələrinin çoxlu əsgər və zabitini məhv etdikdən sonra səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Xatırladaq ki, ona ölümündən sonra Milli Qəhrəman adı verilib və Azərbaycan uğrunda göstərdiyi şücaətə görə “İlin adamı” seçilib.


Geri dön