Ana Sayfa > Karusel / Dünya / M2 > Daha bir ölkə AB-dən imtina etdi

Daha bir ölkə AB-dən imtina etdi


16-06-2016, 11:28. Yazar: Xeberaz
Daha bir ölkə AB-dən imtina etdi

İsveçrə Avropa Birliyinə üzv olmaq fikrindən daşınıb.

"Xəbəraz.az " Neuye Züşer Zeytunq-a istinadən xəbər verir ki, İsveçrə parlamentinin yuxarı palatası hələ 1992-ci ildən qaldırılan Avropa Birliyinə daxil olmaq iddiasına baxıb.

Verilən məlumata görə, parlamentin 27 deputatı Avropa Birliyinə qoşulmağın əleyhinə, 13-ü isə lehinə səs verib.

Xatırladaq ki, Böyük Britaniya iyunun 23-də AB-də qalıb-qalmamaqla bağlı referendum keçirəcək.
Geri dön