Ana Sayfa > Karusel / Gündəm / M2 > Əli İnsanovun cəzası artırılır?

Əli İnsanovun cəzası artırılır?


7-06-2016, 16:48. Yazar: Xeberaz
Əli İnsanovun cəzası artırılır?
Sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev müdafiə etdiyi şəxsə qarşı yeni ittiham irəli sürülməsi barədə yayılan məlumatlara münasibət bildirib.
"Xəbəraz.az "xəbər verir ki, T. Babayev APA-ya açıqlamasında Ə.İnsanova qarşı yeni ittiham irəli sürülməsi barədə yayılan məlumatları təkzib edib: “Bir az əvvəl Əli İnsanovla cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsində görüşdük. Heç bir problemi yoxdur”.

Xatırladaq ki, az öncə vəkil Namizəd Səfərov Feysbuk səhifəsində Əli İnsanova hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə maddəsi ilə ittiham irəli sürüldüyünü yazmışdı.

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum edilib.

Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.
Geri dön