Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV > Lombard krediti bərpa olundu – Video

Lombard krediti bərpa olundu – Video


4-06-2016, 18:14. Yazar: Xeberaz

Lombard krediti bərpa olundu – Video

Azərbaycan bankları digər kredit növləri ilə yanaşı, lombard kreditlərini də bərpa ediblər.

"Xəbəraz.az " xəbər verir ki, bu növ kredtilərin verilməsi üçün şərtlərdə dəyişikliklər edilib.

Əksər hallarda olduğu kimi, bu dəyişikliklər də vətəndaşların xeyrinə deyil. Belə ki, kreditlərin həcmi azalıb. Yəni əvvəllər banklar qəbul etdikləri qızılın qiymətinin 120-150%-i qədər kredit verirdilərsə, indi bu rəqəm 70-80% təşkil edir.

Faizlərə gəldikdə isə, bu növ kredit üzrə də onlar demək olar ki, mümkün maksimal səviyyədədir, illik 27-28 faiz. Komisyon haqları isə əvvəl mövcud olan 4 faizdən 1 faizə endirilib. Bu isə Maliyyə Bazarlarına Nəzarət Palatasının qoyduğu tələbdən irəli gəlib.

Bank mütəxəssisi Emil Muradovun sözlərinə görə, bu, vətəndaşlara daha geniş seçim imkanı verəcək. Yəni bundan sonra onlar istər istehlak, istər biznes, istərsə də öz girovuna uyğun olaraq böyük məlbəğdə lombard krediti arasında seçim edə biləcəklər.


Geri dön