Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Saraydakı dəhşətli qətlin MƏHKƏMƏSİ BAŞLADI

Saraydakı dəhşətli qətlin MƏHKƏMƏSİ BAŞLADI


31-05-2016, 11:34. Yazar: Xeberaz
Saraydakı dəhşətli qətlin MƏHKƏMƏSİ BAŞLADI
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray Bələdiyyəsinin sədri Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənovu qətlə yetirməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 14-ə təyin edilib.

Qeyd edək ki, qətl keçən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənovanı və həyat yoldaşı Vəfadar Həsənovu amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin Fədai Hüseynov tərəfindən törədildiyi məlum olub. a bağlı bəzi məqamlar məlum olub.35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında həsənovların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Həsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.
Geri dön