Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Azad: “Ad günüm Ulu Öndərin doğum günü ilə eyni tarixdədir...”

Azad: “Ad günüm Ulu Öndərin doğum günü ilə eyni tarixdədir...”


10-05-2016, 04:47. Yazar: Xeberaz

Azad: “Ad  günüm Ulu Öndərin doğum günü ilə eyni tarixdədir...”
Bu gün gənc müğənni Azad Seyidovun ad günüdür.
"Xəbəraz.az " xəbər verir ki, 28 yaşı tamam olan müğənni təbriklərdən başını itirdiyini bildirib:
"Sevinirəm ki, ətrafımdan bu qədər dəyər görürəm. Telefonum susmur. Jurnalistlər, sənətçi dostlarım, tanıyıb-bilən hər kəs təbrik edir. Gecədən çalışıram ki, hər kəsin təbrikini qarşılıqsız qoymayım. Mən çox xoşbəxtəm çünki ad günüm Ulu Öndər Heydər Əliyevin doğum günü ilə eyni tarixdədir.. Təəssüf işlərimə görə, bu il doğum günümü təmtəraqlı keçirməyəcəm. Dostlarıma söz verirəm, gələn maraqlı ad günü təşkil edəcəm".
."Xəbəraz.az " saytının kollektivi Azad Seyidovu ad günü münasibətilə təbrik edir, ona gələcək işlərində uğurlar arzulayır.
Geri dön