Ana Sayfa > Karusel / Dünya / M2 > Moskvada 720 azərbaycanlı “bomj” var

Moskvada 720 azərbaycanlı “bomj” var


29-04-2016, 13:20. Yazar: Xeberaz
Moskvada 720 azərbaycanlı “bomj” var
Moskva şəhəri üzrə İnsan Hüquqları Mərkəzinin rəhbəri Tatyana Potyayeva şəhərdəki evsizlərin və küçələrdə sərgərdan həyat tərzi keçirən “bomj”ların statistikasını açıqlayıb

"Xəbəraz.az " saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Potyayeva paytaxtda təxminən 12 min nəfərdək “bomj” olduğunu deyib.

Onlarnı 59%-nin Rusiyanın başqa regionlarından və qonşu ölkələrdən gəldiyini xatırladan hüquq müdafiəçisi “bomj”ların milli tərkibini də açıqlayıb.

Statistikaya görə, Rusiya paytaxtındakı “bomj”ların 14%-i Moksvanın keçmiş sakinləri, 9%-i isə Moskva vilayətinin sakinləridir.

Qalan “bomj”ların 59%-ı isə digər Rusiya subyektlərindən gələn vətəndaşlardır.

Əcnəbilər ümumi “bomj”ların 18%-ni təşkil edir. Onlar arasında ukraynalılar 38%, belaruslar 30%, Özbəkistan vətəndaşları 7% və Azərbaycan vətəndaşları 6% (720) təşkil edir.

Geri dön