Ana Sayfa > Karusel / İdman / M2 > "Neftçi" klubu AFFA İntizam Komitəsinə müraciət edəcək

"Neftçi" klubu AFFA İntizam Komitəsinə müraciət edəcək


18-04-2016, 14:24. Yazar: Vusale
"Neftçi" klubu AFFA İntizam Komitəsinə müraciət edəcək

"Neftçi" klubu "Qarabağ"la Azərbaycan Premyer Liqasının XXX tur matçında futbolçu Ruslan Qurbanova göstərilmiş sarı vərəqənin ləğvi xahişi ilə AFFA İntizam Komitəsinə müraciət edəcək. Klubdan "Report"a verilən məlumata görə, artıq müvafiq görüntünü özündə əks etdirən sənədlər toplanılır.
Flaqman 23-cü dəqiqədə baş vermiş epizodda Qurbanovun hakimi aldatmağa cəhd - simulyasiyaya yol vermədiyini iddia edir. Futbolçunun özü isə epizoda baxdıqdan sonra bir daha əmin olduğunu bildirib ki, referi Ramil Diniyev ona nəinki sarı vərəqə göstərməli, hətta "Qarabağ"ın qapısına cərimə zərbəsi təyin etməli idi. Sarı vərəqə ləğv olunsa, Qurbanov XXXI turun "Zirə" ilə ev oyununda meydana çıxa biləcək. Əks halda, o, sarı vərəqə limitini keçdiyi üçün cəzalı duruma düşəcək.
AFFA İntizam Komitəsinin üzvü Məlik Həsənov "Report"a bildirib ki, "Neftçi"dən müraciət olmayacağı təqdirdə, sarı vərəqənin ləğvi məsələsinə baxılmayacaq.
Qeyd edək ki, komitənin iclası aprelin 19-da olacaq. Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının sarı vərəqə antirekordçusu (12 dəfə) olmaqla yanaşı, bombardirlər siyahısında ən çox - 10 qol vuran yerli futbolçudur
Geri dön