Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Azərbaycanlı polis qadın evlilik proqramında

Azərbaycanlı polis qadın evlilik proqramında


2-03-2016, 22:46. Yazar: Xeberaz
Azərbaycanlı polis qadın evlilik proqramında
Türkiyənin ATV kanalında yayımlanan “Esra Erolda” adlı evlilik proqramına daha bir azərbaycanlı qatılıb.

Roza adlı xanım özünü polis məmuru kimi təqdim edib. Maraqlısı budur ki, həmin qadın proqramın ən qalmaqallı iştirakçısı kimi tanınır.

Belə ki, Roza onunla tanış olmaq üçün yarışmaya gələn Gürsel bəyin onu öz evinə aparmaq istədiyini deyib. Sözügedən bəy namizədi isə xanımın ittihamlarını qəbul etməyib və onun bütün bunları uydurduğunu bildirib.

Bundan başqa, Roza xanım üçün gələn bəylərdən biri onun şərəfinə mahnı da ifa edib. Amma azərbaycanlı iştirakçı bütün namizədlərə “yox” cavabı verir.
Geri dön