Ana Sayfa > Karusel / M2 / Texnologiya > Diqqət! “Skype” danışıqlarımız dinlənilir

Diqqət! “Skype” danışıqlarımız dinlənilir


13-02-2016, 10:16. Yazar: Xeberaz

Diqqət! “Skype” danışıqlarımız dinlənilir

"Palo Alto Networks" şirkətinin mütəxəssisləri "T9000" adlı yeni virusun "Skype" istifadəçilərin şəxsi məlumatlarını və yazışmalarına müdaxilə etdiyi məlumatını yayıb.

Xəbəraz.az-in məlumatına görə, "Kaspersky", "Norton", "AVG" kimi ən populyar antivirus proqramları bu dağıdıcı proqramı aşkar etmək gücündə deyil.

Proqram video görüntülü danışıq zamanı mütəmadi olaraq istifadəçinin şəkillərini çəkib yadda saxlayır, həmçinin istifadəçilərin danışığını yazır.

"Rich Text Format"da olan faylların işə salınması nəticəsində kompüter virusa yoluxur. Bundan sonra troyan virusu çoxpilləli quraşdırma prosesinə başlayır ki, hər addımda antivirus proqramının mövcudluğunu yoxlayır.

"Skype" hazırda yeni virus və onun potensial zərəri haqda araşdırma aparılır.
Geri dön