Bakıda gilasın bir kilosu 98 manatdır - FOTO
Tarix: 26-12-2015 | Saat: 15:04
Bölmə:Karusel / M2 / Foto-fakt | çapa göndər
“Hazırda marketdə satılan gilasın qiyməti azı 2 dəfə bahalaşdırılıb”.
Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində 30-80 faiz bahalaşma müşahidə olunur.
Xeberaz.az hafta.az-a istinadən xəbər verir ki, dolların məzənnəsi qalxdıqdan sonra bütün ölkə boyu qiymət artımı davam etməkdədir. Bakıda “Sahil” metro stansiyasının yaxınlığında yerləşən dükanların birində isə yay meyvəsi olan gilasın 0,492 kiloqramı 48,22 azn-ə satışa çıxarılıb. Bir kilosu isə 98 manat hesablanır.
Dükanın daimi müştərisi olan Bakı sakininin verdiyi məlumata görə, marketdə yay meyvələrinə əvvəl də rast gəlinirdi, amma indiki qiymətə yox:
“Hazırda marketdə satılan gilasın qiyməti azı 2 dəfə bahalaşdırılıb. Bahalaşma bütün ərzaq məhsulları və meyvələrində müşahidə olunur”.
Satıcıların bildirdiyinə görə, məhsulları onlara firmalar baha qiymətə satırlar.
Qeyd edək ki, ölkəmizin bir sıra rayonlarında yay meyvələrinin qoruyub, qış aylarında satışa çıxarılması üçün xüsusi soyuducular hazırlanıb. Göründüyü kimi, bu soyuducular qiymətlərin enməsinə heç bir təsir göstərə bilməyib.
Xəbəri paylaş
6958 dəfə oxunub.
Digər xəbərlər

5-05-2016, 22:27
İŞİD Məkkəyə hücum etdi - Foto
26-07-2021, 15:18
Tələbələrdən də COVID-19 pasportu tələb olunacaq
9-03-2018, 11:42
Azərbaycanlı müğənni tanınmış biznesmenlə evləndi – FOTO
28-07-2015, 13:48
Mahsun Kırmızıgül 5 milyonluq villasını satmalı oldu
19-07-2016, 01:01
Kadırov: "Qazaxıstana yardıma hazırıq"
24-01-2018, 17:56
İlham Əliyev Davosda Netanyahu ilə görüşüb
29-07-2015, 13:15
“Qarabağ” bu gün “Seltik”in qonağıdır- Canlı yayımlanacaq